Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluğun möhkəmlənməsində əvəzsiz rolu olan Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın himayəsində və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və millət vəkili Ramil Həsənin təşəbbüsü ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması “Qardaş ailə” layihəsi çərçivəsində qəhrəman şəhid ailəsini və övladlarını Türkiyədə qonaq edib, onlara mənəvi dəstəyimizi göstərməklə qardaşlıq bağlarımızı möhkəmləndiririk. Bu çərçivədə artıq üç şəhid ailəsi Türkiyənin Sivas, Urfa və Balıkesir bölgələrində qonaq edilib, rəsmi qurumlar tərəfindən qəbul olunub.
TÜİB İdarə heyətinin sədri Hüseyin Büyükfıratın təşəbbüsü ilə şəhid hərbi pilot Abbas Qasımovun ailəsini Urfada qonaq edən Şanlıurfa Böyükşəhər Bələdiyyə sədri Zeynel Abidin Beyazgül və Haliliye Bələdiyyə sədri Mehmet Canpolat Azərbaycana səfər edib.
Zeynel Abidin Beyazgül ve Mehmet Canpolat “Qardaş ailə” layihəsinin ilk qardaş ailəsi olan İkinci Qarabağ müharibəsi şəhidi mayor İlkin Əhədzadənin və şəhid hərbi pilot Abbas Qasımovun ailəsini Hüseyin Büyükfırat, Türkiyə səfirliyinin təhsil müşaviri Ali Rıza Altunel, TRT Azərbaycan nümayəndəliyi ilə birlikdə ziyarət edib. Ziyarət zamanı Zeynel Abidin Beyazgül Allahu-Talanın “Şəhidlər ölməz, onlar sizin aranızdadırlar, onlara ölü deməyin” əmr etdiyini vurğulayaraq, şəhidlərin Allah və cəmiyyətimiz üçün çox dəyərli və müqəddəs olduğunu bildirib. Həmçinin şəhid ailələrini Urfada görməkdən çox şad olduğunu və hər zaman qapılarının açıq olduğunu söyləyib.


Mehmet Canpolat Türkiyə və Azərbaycanın “bir millət, iki dövlət” olduğunu bildirərək, “Azərbaycanın şəhidləri bizim şəhidlərimizdir, bizim şəhidlərimiz Azərbaycanın şəhididir, çünki kökümüz birdir” deyib. TÜİB sədri Hüseyin Büyükfıratın təşəbbüsü ilə Şanlıurfada şəhid ailəsini qonaq etdiklərini qeyd edən Mehmet Canpolat, “Azərbaycan ilə Tükiyənin qardaş olaraq daha da möhkəmlənməsi üçün önümüzdəki günlərdə birlikdə bir çox layihələr həyata keçirəcəyik” deyə vurğulayıb.
Şəhid ailələri ilə görüşdən sonra Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin ruhlarına dua oxunub.

Yorum Ekle

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * işaretlendi