Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu ilə bağlı Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) bəyanatı

Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) 2023-cu il yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə edilən və insan tələfatı ilə – Azərbaycan səfirliyinin nümayəndəsinin qətli ilə nəticələnən terror hücumunu qətiyyətlə pisləyir.
TÜİB terror hücumu nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun faciəli şəkildə həlak olmasından dolayı Qardaş Azərbaycan xalqına, Azərbaycan rəhbərliyinə və şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir, hadisə nəticəsində xəsarət alanların tezliklə sağalmasını arzu edir.
Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi olaraq baş verən bu terror hadisəsinin təcili olaraq və obyektiv şəkildə araşdırılmasını, günahkarların tapılaraq cəzalandırılmasını tələb edirik.
Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi üzvləri kimi bildiririk ki, Azərbaycan regionumuzun ən təhlükəsiz və güvənli ölkələrindən biridir. Bu həm qardaş Azərbaycan xalqının milli adət-ənənələrindən, həm də Azərbaycan rəhbərliyinin müdrik siyasətindən qaynaqlanır.
Azərbaycanın acısı acımız, sevinci isə bizim də sevincimizdir. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi olaraq həmişə Azərbaycan xalqının yanındayıq.
Hüseyin Büyükfırat
TÜİB İdare Heyyeti Sedri

Yorum Ekle