Fevralın 6-da, yerli vaxtla səhər saat 4.17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonu və digər 9 vilayəti 7 baldan yuxarı gücdə zəlzələ ilə tar-mar oldu. Episentri 7 kilometr dərinlikdə olan və cəmi bir neçə saniyə çəkən zəlzələ Türkiyənin 10 vilayətində dəhşətli dağıntılara, 10 minlərlə insanın ölümünə səbəb oldu.

Türkiyədə baş verən faciə xəbəri Azərbaycanda da zəlzələ kimi səsləndi. İnsanlar qardaş Türkiyənin kədərinə üzülməklə, həm də köməyə başladılar. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə zəlzələnin ilk günü Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdü. Paralel olaraq qardaş ölkəyə Müdafiə Nazirliyinin həkim heyəti gündərildi.

«Ən ağrılı günlərimizdə yanımızda olan qardaş Türkiyənin indi bizlərin dəstəyinə ehtiyacı var» – deyərək Azərbaycan vətəndaşları da Türkiyəyə dəstək üçün hərəkətə keçib, yardım kampaniyalarına başladı.

Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanda “Qardaş köməyi” platforması təsis edildi.

“Qardaş Köməyi” Platforması çərçivəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB), ASK,  dəstəyi ilə yardımlar Türkiyənin zərər çəkən bölgələrinə göndərilir.

Bu çərçivədə artıq 100-dən çox TIR-lar qardaş ölkəyə yola salınıb. “Qardaş Köməyi” Platforması gecə-gündüz demədən dayanmadan Türkiyədəki qardaşlarımıza yardım üçün çalışır.

YANINDAYIQ TÜRKİYƏ

Yorum Ekle

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * işaretlendi