TÜİB-in sədri Hüseyin Büyükfırat zəlzələnin ilk günündən Türkiyəyə səfər edərək zəlzələnin ən böyük zərər vurduğu ərazilərdə – Adıyamanda, Hatay və başqa şəhərlərdə yardımlara dəstək verir və əhaliyə dəstək işlərini koordinasiya edir. Beşpınar Mədəniyyət və Təhsil Kampusu Zəlzələdən böyük zərər çəkmiş Adıyamanda həyata keçirilən vaxib və TÜİB-in də dəstək verdiyi layihələrdən biri Beşpınar Mədəniyyət və Təhsil Kampusunun yaradılması olub. Bu layihə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərliyi ilə həyata keçirilir. Layihəyə əsasən zəlzələdən dağılan məktəblərin şagirdləri çadır şəhərciyində yaradılan siniflərdə təhsil alacaqlar.
Məsələ bundadır ki, Adıyamanda şəhər mərkəzinin çökməsi nəticəsində digər binalar kimi, məktəblər də dağılıb, dağılmayanlar isə fəaliyyətini dayandırıblar. Nəticədə şagirdlərin təhsil problemi yaranıb, bu özünü xüsusilə universitetlərə qəbula hazırlaşanlarda göstərir.
Vəziyyəti düzəltmək və şagirdlərə oxumaq imkanı yaratmaq üçün Beşpınarda təhsil kampusu işə düşüb.
Qeyd edək ki, Kampusun ərazisi böyükdür, burada qurulan yüzlərlə çadırda şagirdlər yaşayaraq, eyni zamanda çadır siniflərdə təhsil alacaqlar.
TÜİB-dən Təhsil Kampüsuna dəstək
Şagirdlər üçün kampus layihəsinə TÜİB də əvvəldən qoşulub. TÜİB-in təşkilatçılığı ilə ərazidə Azərbaycandan gətirilən 63 çadır qurulub, burada siniflər yaradılıb. Həmin siniflərdə ümumilikdə 1000-ə yaxın şagird təhsil alacaq. «Adıyamanda Beşpınar bölgəsində TÜİB olaraq təqribən 1000 nəfərlik uşaqlar üçün dərs otaqları hazırladıq, çadırlarda dərs keçmək üçün sinif otaqları qurduq.

Yorum Ekle