Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən təltif edildiyi “Tərəqqi” medalı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və KOBİA-nın təşkilatçılğı ilə həyata keçirilən təbdbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Şahmar Mövsümov tərəfindən təqdim edildi.

Azərbaycana tələbə olaraq gələn Hüseyin Büyükfrat 30 ilə yaxındır ki, Azərbaycandakı biznes fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətlərdə də aktiv iştirak edir. O, 2-ci Qarabağ müharibəsi dövründə Azərbaycana dəstəyini əsirgəməyib, 44 günlük müharibə zamanı Türkiyə televiziya kanallarında Azərbaycanın haqlı savaşını müdafiə edib, həqiqətlərin dünyaya çatdırılmasında mühüm addımlar atıb. Hüseyin Büyükfırat tarix və mədəniyyət sahəsində də dəfələrlə böyük addımlar atıb. Türkiyə-Azərbaycan iş dünyası arasında mühüm körpü rolunu oynayan TÜİB-in əsas missiyasını yarandığı gündən etibarən Hüseyin Büyükfırat uğurla həyata keçirir. Şanlı Vətən müharibəmizdə bizə qanları və canları bahasına zəfər bəxş etmiş şəhidlərimizin, qazilərimizin övladlarına, ailə üzvlərinə diqqət göstərmək hər birimizin vətəndaşlıq borcu olduğu kimi, Hüseyin Büyükfırat üçün də ən ümdə mətləbdir. Hüseyin Büyükfırat bu istiqamətlərdə uğurla həyata keçirilən dövlət siyasətinə az da olsa töhfə verməkdən qürur duyduyğunu hər zaman dilə gətirməktədir. Yaşasın Azərbaycan Türkiyə Qardaşlığı!

Yorum Ekle

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * işaretlendi