Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımovun ailəsi Şanlıurfada

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımovun ailəsi Şanlıurfada

44 günlük 2-ci Qarabağ müharibəsində qələbəmizdən əvvəl və sonra qardaş Türkiyə Cümhuriyyəti Qarabağ məsələsində həmişə olduğu kimi bütün gücü ilə Azərbaycan xalqının və dövlətinin yanında olub. Əminik ki, bu qardaşlıq və birlik həyatımızın bütün sahələrində daha da möhkəmlənərək davam edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi maraq hamımız üçün nümunəvi davranışdır. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluğun möhkemlenmesinde evezsiz rolu olan Türkiyenin Azerbaycandakı keçmiş sefiri cenab Erkan Özoralın himayesinde ve Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat ve millet vekili Ramil Hesenin təşəbbüsü ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində və  azərbaycanlı iş adamları, bölgənin aidiyyəti dövlət rəsmiləri şəhid və qazi ailələrini  ziyarət edib, onlara mənəvi dəstək veriblər.

2020-ci il Azərbaycan tarixinə öz möhürünü 44 günlük Vətən müharibəsi ilə vurdu. Azərbaycan əsgəri canı, qanı ilə zəfər salnaməmizin ən şanlı səhifəsini yazdı. Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən olan şəhid ailələrinə hərtərəfli qayğının göstərilməsi TÜİB olaraq bizim də mənəvi borcumuzdur.

Cənab Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə dəstək çağırışında iştirak etməklə biz qardaş Azərbaycan və Türkiyəni bu istiqamətdə bir araya gətirə biləcək xeyirxah, xoş niyyətli, tarixi təşəbbüslə çıxış etdik. Biz bütün gücümüzlə səfərbər olaraq, qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq.

Çağırışa destek meqsedile “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində 2020-ci ilin dekabr ayından başlayaraq Zəfərimizin elanından bu yana 33 şəhər və rayonda 2300 şəhid və qazi ailələri ziyarət edilərək mənəvi dəstək göstərilib.

“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının bir hissisi olaraq şəhid, qazi övladlarının və qazilərin Türkiyə Cümhuriyyəti və əlaqədar qurumların dəstəklədiyi təqaüdləri alması üçün konkret addımlar atıldı. Bu çərçivədə Sivas Cümhuriyyət Universiteti 50 yer ayırdı və hal-hazırda TÜİB nümayəndələrinin dəstəyi ilə Sivas Cumhuriyet Universitetində şəhid övladları olan 19 tələbəmiz təhsil alır.

Ömürlərini vətənə bağışlayıb övladlarını bizlərə əmanət etmiş qəhrəmanlarımızın övladlarına Vətənin bir parçası kimi baxmaq, onları sevmək, qorumaq hər birimizin vəzifəsidir. Layihenen bir başqa hissesi olaraq “Qardaş ailə” layihəsi çərçivəsində İkinci Qarabağ müharibəsi şəhidi mayor Əhədzadə İlkin Qələmşah oğlunun ailəsi Sivas Cümhuriyyət Universitetinin rektoru Prof.Dr. Alım Yıldızın dəvəti ilə 12-16 sentyabr 2022-ci ildə tarixlərində Sivasda qonaq olub. “Qardaş Ailə ” layihəsi çərçivəsində könüllülük prinsipi çərçivəsində 44 qardaş ailə olaraq seçilib və ailələr arasında sıx əlaqələr yaradılır. Bu çərçivədə hər bir şəhid ailəsini və övladlarını bir neçə gün Türkiyənin bir şəhərində qonaq edib, onlara mənəvi dəstəyimizi göstərməklə qardaşlıq bağlarımızı möhkəmləndiririk.

Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformamızın “Qardaş Ailə” layihəsi çərçivəsində “44 Qardes Aile” şüarı ilə çıxdığımız yol bu dəfə bizi qardaş Türkiyənin Peyğəmbərlər şəhəri Şanlıurfaya götürdü. 19 oktyabr 2022-ci il tarixində ikinci ailə- şəhid hərbi pilot Abbas Qasımovun ailəsi TÜİB sədri Hüseyin Büyükfıratın teşebbüsü ile Urfaya Türkiyə səfirliyinde təşkil olunan uğurlama proqramı ilə Doç.dr Cahit Bağcı,millət vəkilləri və TÜİB üzvlərinin iştirakı ilə yola salınıb. Ailə sefer çerçivesinde Urfa valisi Sali Ayhan, Haliliye Bələdiyyə sədri cənab Mehmet Canpolat, Şanlıurfa Baş Polis İdarəsinin rəisi Mehmet Murat Ulucan və Şanlıurfa Jandarma Komandiri general-mayor Mücahit Avkıran ilə görüşüb. Vətən Müharibəsinin ilk şəhidi, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımovun ailəsi tarixdə bir çox hadisələrə şahidlik edən Şanlıurfa səfəri Haliliyə Bələdiyyə başqanı Mehmet Canpolatın ev sahibliyində həyata keçirildi.

Yorum Ekle

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * işaretlendi