MUKADDES EMANETLER..

MUKADDES EMANETLER..

44 günlük 2-ci Qarabağ müharibəsində qələbəmizdən əvvəl və sonra qardaş Türkiyə Cümhuriyyəti Qarabağ məsələsində həmişə olduğu kimi bütün gücü ilə Azərbaycan xalqının və dövlətinin yanında olub. Əminik ki, bu qardaşlıq və birlik həyatımızın bütün sahələrində daha da möhkəmlənərək davam edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi maraq hamımız üçün nümunəvi davranışdır. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluğun möhkemlenmesinde evezsiz rolu olan Türkiyenin Azerbaycandakı keçmiş sefiri cenab Erkan Özoralın himayesinde ve Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat ve millet vekili Ramil Hesenin təşəbbüsü ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində və  azərbaycanlı iş adamları, bölgənin aidiyyəti dövlət rəsmiləri şəhid və qazi ailələrini  ziyarət edib, onlara mənəvi dəstək veriblər.

2020-ci il Azərbaycan tarixinə öz möhürünü 44 günlük Vətən müharibəsi ilə vurdu. Azərbaycan əsgəri canı, qanı ilə zəfər salnaməmizin ən şanlı səhifəsini yazdı. Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən olan şəhid ailələrinə hərtərəfli qayğının göstərilməsi TÜİB olaraq bizim də mənəvi borcumuzdur.

Cənab Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə dəstək çağırışında iştirak etməklə biz qardaş Azərbaycan və Türkiyəni bu istiqamətdə bir araya gətirə biləcək xeyirxah, xoş niyyətli, tarixi təşəbbüslə çıxış etdik. Biz bütün gücümüzlə səfərbər olaraq, qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq.

Çağırışa destek meqsedile “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində 2020-ci ilin dekabr ayından başlayaraq Zəfərimizin elanından bu yana 33 şəhər və rayonda 2300 şəhid və qazi ailələri ziyarət edilərək mənəvi dəstək göstərilib.

“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının bir hissisi olaraq şəhid, qazi övladlarının və qazilərin Türkiyə Cümhuriyyəti və əlaqədar qurumların dəstəklədiyi təqaüdləri alması üçün konkret addımlar atıldı. Bu çərçivədə Sivas Cümhuriyyət Universiteti 50 yer ayırdı və hal-hazırda TÜİB nümayəndələrinin dəstəyi ilə Sivas Cumhuriyet Universitetində şəhid övladları olan 19 tələbəmiz təhsil alır.

Ömürlərini vətənə bağışlayıb övladlarını bizlərə əmanət etmiş qəhrəmanlarımızın övladlarına Vətənin bir parçası kimi baxmaq, onları sevmək, qorumaq hər birimizin vəzifəsidir. Layihenen bir başqa hissesi olaraq “Qardaş ailə” layihəsi çərçivəsində İkinci Qarabağ müharibəsi şəhidi mayor Əhədzadə İlkin Qələmşah oğlunun ailəsi Sivas Cümhuriyyət Universitetinin rektoru Prof.Dr. Alım Yıldızın dəvəti ilə 12-16 sentyabr 2022-ci ildə tarixlərində Sivasda qonaq olub. “Qardaş Ailə ” layihəsi çərçivəsində könüllülük prinsipi çərçivəsində 44 qardaş ailə olaraq seçilib və ailələr arasında sıx əlaqələr yaradılır. Bu çərçivədə hər bir şəhid ailəsini və övladlarını bir neçə gün Türkiyənin bir şəhərində qonaq edib, onlara mənəvi dəstəyimizi göstərməklə qardaşlıq bağlarımızı möhkəmləndiririk.

 “Qardaş Ailə Layihəsi” çərçivəsində Sivas Cumhuriyet Universiteti rektoru Prof.Dr. Alim Yıldız  Şəhid Mayor İlkin Əhədzadənin ailəsini qəbul edib. Eyni zamanda Şəhid Mayor. İlkin Əhədzadənin ailəsi və Qardaş Ailəsi Şəhid  Pilot baş leytenant Şükrü Pürlünün anası Neşe Pürlü və atası Feyzi Pürlü universtetdə bir araya gəliblər. Şəhid mayor İlkin Əhədzadənin ailəsini Sivas Valisi Yılmaz Şimşek qonaq edərək, öz məmnunluğunu bildirib.

Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformamızın “Qardaş Ailə” layihəsi çərçivəsində “44 Qardes Aile” şüarı ilə çıxdığımız yol bu dəfə bizi qardaş Türkiyənin Peyğəmbərlər şəhəri Şanlıurfaya götürdü. 19 oktyabr 2022-ci il tarixində ikinci ailə- şəhid hərbi pilot Abbas Qasımovun ailəsi TÜİB sədri Hüseyin Büyükfıratın teşebbüsü ile Urfaya Türkiyə səfirliyinde təşkil olunan uğurlama proqramı ilə Doç.dr Cahit Bağcı,millət vəkilləri və TÜİB üzvlərinin iştirakı ilə yola salınıb.

Ailə sefer çerçivesinde Şanlıurfa Valisi Salih Ayhan, Haliliye Bələdiyyə sədri cənab Mehmet Canpolat, Şanlıurfa Baş Polis İdarəsinin rəisi Mehmet Murat Ulucan və Şanlıurfa Jandarma Komandiri General-Mayor Mücahit Avkıran ilə görüşüb. Vətən Müharibəsinin ilk şəhidi, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımovun ailəsi  tarixdə bir çox hadisələrə şahidlik edən Şanlıurfa səfəri Haliliyə Bələdiyyə başqanı Mehmet Canpolatın ev sahibliyində həyata keçirildi.

TÜİB və Dövlət Sosial Müdafiə Fondu (DSMF)-nin əməkdaşlığı ilə həyata keçirilən “Qardaş Ailə Layihəsi” çərçivəsində  44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn vətən oğullarının ailələrinin Türkiyədəki şəhid ailələri ilə qardaşlaşması layihəsinin bugünkü qəhrəmanı, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovdur. Şəhidimizin anası Səmayə Həşimova və bacısı Kəmalə Həşimova Balıkəsir Böyük Şəhər Bələdiyyəsinin  sədri Yücel Yılmazın ev sahibliyində Balıkəsirdə səfərdədir. 

              Balıkesir Böyük Şəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilən səfərdə Edremit Körfəzində gəzinti proqramından sonra Havran Bələdiyyəsinin sədri Emin Ersoy, Balıkesir Universitetinin rektor vəkili Prof.Dr. İbrahim Türkmen ziyarət edilib.  Havran şəhər müzeyi, Seyid Onbaşının məzarını ziyarət edən Həşimov ailəsi daha sonra Balıkesir Universitetində təhsil aldıqdan sonra Vətən qarşısında borcunu yerinə yetirmək üçün öz istəyi ilə ölkəsinə dönən və Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması üçün döyüşərkən şəhid olan Məmmədağa Səfərovun adının verildiyi konfrans salonunda universitet rəhbərliyi ilə görüşü keçirilib.

              Layihənin əsas qayəsi, 2015-ci ildə Hakkarinin Dağlıca bölgəsində PKK terror təşkilatinın üzvlərnin təşkil etdiyi hücumda şəhid olan çavuş Deniz Göçkünün ailəsi ziyarət edildi. Şehid çavuşun anası Ayfər Göçkün ilə şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova bir-birini qucaqlayaraq duyğulu anlar yaşadılar.

Sənin acın mənim acım, mənim acım da sənin acındır. Bizim və Türk şəhid ailələrimiz hamısı birdir, bir olaraq görürük. Şəhidlər seçilmiş övladlardır. Üzlərindən nur yağır. ALLAH bizim birliyimizi, qardaşlığımızı pozmazın. Buraya gəlib şəhid ailəmizlə tanışdığımız üçün çox xoşbəxtəm. Onlar da nə vaxt istəsələr bizim yanımıza gələ bilərlər. Şəhidlərimizə və şəhid ailələrinə çox şey borcluyuq. Biz yaşadıqca şəhid anasının qəlbini qazana bilərsən, ona olan borcumuzu ödəyə bilmiş sayılırıq. Şəhid anası ilə qucaqlaşanda o hissi Ankara bilmərəm”. Ayfər Göçkün də eyni acıyı yaşadiğı üçün qəhərləndiyini ifadə etdi.

2020-ci il Azərbaycan tarixinə öz möhürünü 44 günlük Vətən müharibəsi ilə vurdu. Azərbaycan əsgəri canı, qanı ilə zəfər salnaməmizin ən şanlı səhifəsini yazdı. Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən olan şəhid ailələrinə hərtərəfli qayğının göstərilməsi TÜİB olaraq bizim də mənəvi borcumuzdur. Ömürlərini vətənə bağışlayıb övladlarını bizlərə əmanət etmiş qəhrəmanlarımızın övladlarına Vətənin bir parçası kimi baxmaq, onları sevmək, qorumaq hər birimizin vəzifəsidir.

Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edirik. Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birgə hazırladığımız  “Qardaş ailə” layihəsi də məhz bu məqsədə xidmət edir. “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformamız çərçivəsində biz də ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüsləri davam etdiririk.

Hüseyin BÜYÜKFIRAT

TÜİB İdare Heyyeti Sedri

Yorum Ekle

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * işaretlendi