20.01.2023                                   20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir

Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın himayəsində və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və millət vəkili Ramil Həsənin təşəbbüsü ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Sivas Cümhuriyyət Universitetində təhsil alan şəhid, qazi övladları və qaziləri 20Yanvar mətəm günü ilə əlaqədar Sivas Valiliği, İl Emniyet Müdürlüğü, Sivas Bələdiyyəsi, Sivas Cümhuriyyet Universiteti və İl Jandarma Komutanlığının təşkilatçılığı ilə bir araya gəlib.

Sivas Cümhuriyyət Universitetində təhsil alan 19 tələbələrimiz bu isti mühitlə doğma vətən həsrətini az da olsa, ovutmaq imkanı qazanıblar.
TÜİB olaraq gənclərimizi belə bir tədbirdə bir araya gətirdiklərinə görə öz təşəkkürümüzü bildiririk.

Yorum Ekle

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * işaretlendi