İstanbulda keçirilən “İş Dünyası – Yüz İlin Zirvəsi” iqtisadi forumunda Türkiyə və Azərbaycandan olan 100-dən çox iş adamı bir araya gəlib.

Azərbaycanda uzun illər fəaliyyət göstərən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat tədbirdə maraqlı bir çıxış edib.

Büyükfırat panellərdən birindəki çıxışında Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı həm tarixi, həm iş platforması baxımından bir sıra maraqlı təsbitlərdə bulunub.
Tədbirin məqsədi Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya imkanlarının təqdim edilməsidir.

Yorum Ekle