
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özoralın təşəbbüsü və TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən layihələr çərçivəsində indiyədək 2300-dən artıq şəhid aləsinə baş çəkilib və onlara mənəvi dəstək göstərilib.
Azərbaycanda şəhid ailələri və qazilər üçün daha bir dəstək layihəsinə başlanılıb. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşəbbüsü ilə 15 şəhid övladı Türkiyəyə Yay Düşərgəsinə göndərilir. TÜİB Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə həyata keçirdiyi «Qardaş Ailə» layihəsinin davamı olaraq «YAŞAT Fondu» ilə birlikdə yeni layihəyə başlayıb. 20 avqust 2023-cü il tarixində 15 şəhid övladı «Ay-Ulduz» kampı çərçivəsində İstanbul və Çanaqqala Yay Düşərgələrinə yola salındı.

Azərbaycan Hava Yollarının (AZAL) dəstəyi ilə Bakıdan yola salınan şəhid övladları Türkiyənin Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə İstanbul Marmaracık Gençlik Kampında və Çanakkalede qonaq ediləcək.
Səfər zamanı şəhid övladları İstanbul və Çanakkalenin görməli yerlərində gəzdiriləcək, yay düşərgələrində istirahət edəcək.
TÜİB olaraq Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edir, şəhid və qazi ailələri ilə daim ünsiyyət saxlamağı, onları baş üstündə tutmağı özümüzün ən ümdə vəzifəmiz və borcumuz hesab edirik. Bu istiqamətdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özoralın təşəbbüsü və TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən layihələr çərçivəsində indiyədək 2300-dən artıq şəhid aləsinə baş çəkilib və onlara mənəvi dəstək göstərilib.
Bundan əlavə, “Qardaş ailə” layihəmiz çərçivəsində artıq 5 şəhid ailəmiz Türkiyənin Sivas, Şanlıurfa, Bursa, Balıkesir və Isparta şəhərinə səfər etmiş, dövlət qurumları tərəfindən böyük ehtiramla qəbul edilmiş və Türkiyədəki şəhid ailəsi ilə qardaşlaşmışdır. Layihə davam etməkdədir. Həmçinin hal-hazırda 19 qazi və şəhid övladı Türkiyənin Sivas Universitetində TÜİB-in dəstəyi ilə təhsil alır.
Bu istiqamətdə həyata keçirilən layihələrimiz davam edir və müqəddəs əmanətlərimizin yanında olmaqdan qürur duyuruq.

Yorum Ekle